Leyla Əliyeva Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə konsert proqramında iştirak edib

Leyla Əliyeva Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə konsert proqramında iştirak edib
01:47 30 Dekabr 2019
34 Digər
Ölkə mətbuatı
A- A+

Dünya Azərbaycanlılarının Həmrəylik GünüYeni il münasibətilə Beynəlxalq Muğam Mərkəzində konsert proqramı təqdim olunub.
"Report"un məlumatına görə, konserti izləyənlər arasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da olub.
Gecədə Azərbaycanın Xalq artisti, tanınmış pianoçu Murad Hüseynov Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini ifa edib.
Tanınmış bəstəkarlar Klod Debüssinin “Ay işığı”, Robert Şuman və Ferens Listin “İthaf”, Moris Ravelin “Sonatina”, Fredirik Şopenin “Noktürn”, “Polonez”, “Vals”, Vasif Adıgözəlovun “Prelüdiya”, Adil Bəbirovun “Prelüdiya-Skterso” əsərlərinin ifası tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Xalq artisti Murad Hüseynov Bela Bartokun fortepiano və skripka üçün "Rumın rəqsləri" əsərini skripka ifaçısı-dirijor Cavad Tağızadə ilə birlikdə təqdim edib.
Konsert ən məşhur əsərlərdən parçaların Murad Hüseynovun, Əməkdar artist Sahib Paşazadənin (tarzən), Cavad Tağızadənin (skripka) və Seymur Həsənsoyun (akkordeon) ifası ilə başa çatıb.






Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/leyla-eliyeva-dunya-azerbaycanlilarinin-hemreylik-gunu-ve-yeni-il-mun

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR