Azərbaycanda ilin son şeirlər kitabı çapdan çıxıb

Azərbaycanda ilin son şeirlər kitabı çapdan çıxıb
22:32 30 Dekabr 2019
47 Digər
Ölkə mətbuatı
A- A+

2019-cu ilin son şeirlər kitabı bu gün çapdan çıxıb.
"Report"un məlumatına görə, görkəmli şair Tofiq Nurəliyə məxsus kitab “Darıxan nəğmələr" adlanır. Burada şairin yalnız sevgi şeirləri toplanıb.
Kitab Azərbaycan Yazıçılar Birliyinin “aybKitab" seriyasındandır.
Qeyd edək ki, bu, Tofiq Nurəlinin sayca 6-cı şeirlər kitabıdır. Daha əvvəl "Şehli kəpənəklər", "Yağışdan sonra", "Tənha bir qüssə", "Tənha payız yarpağı" "Yarpaqlarım ağrıyır" kitabları çapdan çıxıb. Gənc yazıçıların 1984-cü ildə keçmiş SSRİ-nin paytaxtı Moskvada keçirilmiş VII Ümumittifaq Müşavirəsində Azərbaycan poeziyasını uğurla təmsil etdiyi üçün onun barəsində 4 qərar və təqdimat olub. Bu, Azərbaycan yazarları üçün ilkson belə hal olub.

Xəbərin orijinal ünvanı: https://report.az/edebiyyat/azerbaycanda-ilin-son-seirler-kitabi-capdan-cixib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR