"Real Madrid"in yarımmüdafiəçisi Belçikada ən yaxşı futbolçu elan edilib

"Real Madrid"in yarımmüdafiəçisi Belçikada ən yaxşı futbolçu elan edilib
05:37 31 Dekabr 2019
84 Digər
Ölkə mətbuatı
A- A+

"Real Madrid" futbol komandasının yarımmüdafiəçisi Eden Azar 2019-cu il Belçikada ən yaxşı futbolçu elan edilib.
"Report" xəbər verir ki, bu barədə Belçika yığmasının "Twitter"dəki rəsmi səhifəsində bildirilir.
İyirmi səkkiz yaşlı yarımmüdafiəçi "qırmızı şeytanlar"ın matçlarda 5 qol vurub və 7 məhsuldar ötürmə verib. O, ölkəsində ilin futbolçusu elan edilib. Belçika milli komandası seçmə mərhələlərdən 2020-ci il Avropa çempionatının final mərhələsinə yol açıb.
Xatırladaq ki, Azar keçmiş mövsümdə London "Çelsi"sinin heyətində çıxış edib. Komanda Avropa Liqasının qalibi olub.
Belçikalı futbolçu qollar və məhsuldar ötürmələr üzrə mövsümün ən yaxşı oyunçusu olub. Eden Azar yayda Madridin "Real"ına keçib. Qeyd edilir ki, o, hələ özünün yaxşı oyununu göstərə bilmir. Futbolçu hazırda zədəlidir.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/real-madrid-in-yarimmudafiecisi-belcikada-en-yaxsi-futbolcu-elan-edi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR