Braziliya hökuməti "Facebook" şirkətini və onun braziliya şöbəsini "Cambridge Analytica" (İngiltərə) şirkətin vasitəsinən informasiya axını ilə bağlı məsələyə görə 1,6 milyon dollar məbləğində cərimələdi.
Trend-in verdiyi xəbərə görə, bu barədə dekabrın 30-da Brazilya Respublikasının Ədliyyə və İctimai Təhlükəsizlik Nazirliyinin saytında dərc olunan məlumatda deyilir.
Ədliyyə Nazirliyinin tabeliyindəki tənzimləyiciyə görə, söhbət "440 mindən çox istifadəçinin şəxsi məlumatlarının şübhəli məqsədlər üçün istifadəsindən gedir". Bundan əlavə Nazirlik istifadəçi məlumatları ilə işləyərkən standart profil məxfilik parametrlərini seçməyin nəticələri barədə qeyri-kafi şəkildə məlumatlandıran şirkətləri zəif təhlükəsizlik tədbirlərinə görə tənqid etdi.
Tənzimləyicinin qərarı ilə razılaşmadıqda, "Facebook" on gün müddıtində appelyasiya ərizəsi ilə müraciət edə bilər. Şirkət bunu etməzsə, cəriməni otuz gün ərzində ödəməli olacaq.