Azərbaycanın strateji valyuta ehtiyatı çoxalıb

Azərbaycanın strateji valyuta ehtiyatı çoxalıb
16:22 1 Yanvar 2020
84 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. Eldar Canaşvili – Trend:

2019-cu ildə Azərbaycanda iqtisadi aktivliyin müsbət dinamikası qorunub.

2019-cu ildə inflyasiya səviyyəsinin qəbul edilən hədəf dəhlizində (4±2) formalaşması iqtisadi şəraitdə əminlik yaradaraq iqtisadi aktivliyə əhəmiyyətli dəstək verib.

Qiymət sabitliyinin və inflyasiya gözləntilərinin formalaşmasında həlledici rolu Mərkəzi Bankın pul-kredit və məzənnə siyasəti oynayıb.

İnflyasiyanın bir sıra vacib daxili və xarici amillərini zərərsizləşdirmək üçün pul şəraitinin ardıcıl şəkildə normallaşdırılması, həmçinin iqtisadi fəaliyyət və məşğulluğun dəstəklənməsi böyümə və sabitlik istiqamətində balanslı nəticələrin əldə olunmasına imkan verib.

2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycanda xarici ticarət profisiti 5,9 milyard dollar təşkil edib.

Qeyri-neft sektorunda ixracın artım tempi, idxalın 7,1 faizə bərabər artım tempini qabaqlayaraq 16,3 faiz təşkil edib.

Profisit ödəniş balansı şəraitində strateji valyuta ehtiyatları ilin əvvəlindən 13,7 faiz artaraq ümumi daxili məhsulu üstələyərək 50,9 milyard dollara çatıb. Bu il tarixdə ilk dəfə olaraq dövlət neft fondunun aktivləri 40 milyard ABŞ dolları təşkil edib.

2019-cu ilin ötən dövrü ərzində Mərkəzi Bankın valyuta ehtiyatları 11 faiz artaraq 6,2 milyard dollar təşkil edib. Ölkənin beynəlxalq investisiya mövqeyindəki aktivləri (111 milyard dollar) öhdəliklərdən (54 milyard dollar) iki dəfə çoxdur ki, bu da Azərbaycanın yüksək beynəlxalq ödəmə qabiliyyətini və beynəlxalq kreditor rolunu göstərir.

İqtisadi aktivliyin müsbət dinamikası cari 2019-cu ildə də davam edib. İlk 11 ayda real ÜDM 2,1 faiz artıb. Qeyri-neft sənayesində 3,5 faiz çoxalma əsasən kommersiya sektoruna aiddir. Mərkəzi Bank tərəfindən real sektorun monitorinqi də iqtisadi aktivliyin artdığını təsdiqləyib. 2019-cu ilin noyabr ayında qeyri-neft sənayesinin ticarət və xidmət sahələrində işgüzar inam indeksi yaxşılaşıb.

Bir neçə mərhələdə həyata keçirilən sosial islahatlar paketinin təsiri ilə, 11 ay ərzində əhalinin nominal gəlirləri illik 7,4 faiz artaraq inflyasiyanı əhəmiyyətli dərəcədə üstələyib. Bu şəraitdə istehlakçıların güvən göstəricilərinin yaxşılaşması qeyd edilir.

Bu ilin 11 ayında daxili tələbatın digər hissələrinə yatırılan investisiyaların həcmi 12,8 milyard manat, qeyri-neft sektoruna qoyulan investisiyalar isə 3,5 faiz artıb. Büdcə xərcləri bu il daxili tələbatın vacib amillərindən biri olub. Ötən ilin eyni dövrü nəzərə alınmaqla 11 ayda dövlət büdcəsinin xərcləri 2,6 faiz, o cümlədən cari xərclər 12,5 faiz artıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/finance/3172085.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR