Oğuzda "Niva" ağaca çırpılıb, xəsarət alan var

Oğuzda "Niva" ağaca çırpılıb, xəsarət alan var
21:22 1 Yanvar 2020
63 Digər
Ölkə mətbuatı
A- A+

Oğuz rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
"Report"-un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bugün axşam saatlarında İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun rayonun Kərimli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Bakı şəhər sakini, 1998-ci il təvəllüdlü Ələsgər Kazım oğlu Kazımzadə idarə etdiyi "99-MR-833" dövlət qeydiyyat nişanlı "Niva" markalı avtomobillə Qəbələ rayonu istiqamətində hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı ağaca çırpılıb.
Hadisə zamanı 22 yaşlı Ə.Kazımzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/oguzda-niva-agaca-cirpilib-xesaret-alan-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR