İngiltərə Premyer Liqası: "Çelsi" "Brayton"la bacara bilməyib

İngiltərə Premyer Liqası: "Çelsi" "Brayton"la bacara bilməyib
22:02 1 Yanvar 2020
52 Digər
Ölkə mətbuatı
A- A+

Braytonda İngiltərə Premyer Liqasının 21-ci turunun start matçı başa çatıb.
"Report" xəbər verir ki, "Brayton end Houv Albion" "Çelsi"ni qəbul edib.
Qarşılaşma 1:1 hesablı heç-heçə ilə qurtarıb.
Hesabı 10-cu dəqiqədə qonaqlar açıb. "Çelsi" künc zərbəsindən hesabda önə çıxıb. Qonaqların heyətində kapitan fərqlənib.
Meydan sahibləri yalnız görüşün sonunda buraxılan qolun əvəzini çıxa biliblər. 84-cü dəqiqədə "Brayton" hesabı bərabərləşdirə bilib.
"Çelsi" 36 xalla İngiltərə Premyer Liqasının yarış cədvəlində 4-cü yeri tutur. "Brayton" 24 xalla 13-cü yerdə qərarlaşıb.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/i-ngiltere-premyer-liqasi-celsi-brayton-la-bacara-bilmeyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR