İngiltərə Premyer Liqası: "Mançester Siti" "Everton"a qalib gəlib
Paylaş
59 baxış·1 dəq oxu
Futbol üzrə İngiltərə Premyer Liqasında 21-ci turu çərçivəsində "Mançester Siti" öz meydanında "Everton"u qəbul edib. "Report" xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Qeyd edək ki, turun start matçında "Brayton end Houv Albion" "Çelsi"ni qəbul edib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.