İndoneziyanın paytaxtı Cakarta və ona yaxın ərazilərdə daşqınlar zamanı 21 nəfər həlak olub.
Bu barədə "Report" "Reuters" agentliyinə istinadən xəbər verir.
Ölkənin İctimai İşləri Nazirliyinin nümayəndəsi Yoko Hariyanton bildirib ki, daşqınlar nəticəsində 30 mindən çox insan təxliyyə edilib.
Məlumata görə, nəqliyyatın hərəkətində və elektrik təchizatının nəqlində çatışmazlıqlar müşahidə olunur. Yeni il ərəfəsindən azı 90 rayonda güclü yağışlar yağıb, bir çox çaylar məcrasından çıxıb.
Daha əvvəl təbii hadisə zamanı 9 nəfərin həlak olduğu bildirilib.