Kürdəmirdə "Kamaz" qəza törədib, ölən var

Kürdəmirdə "Kamaz" qəza törədib, ölən var
12:02 2 Yanvar 2020
114 Digər
Ölkə mətbuatı
A- A+

Kürdəmirdə ölümlə nəticələnən yol qəzası baş verib.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun H.Əliyev prospektində qeydə alınıb.
Sürücü 1992-ci il təvəllüdlü Manafov Mayıl Habil oğlu "Kamaz" markalı yük maşını ilə hərəkətdə olarkən onunla əks istiqamətdə gələn Paşayev Raqif Süleyman oğlunun idarə etdiyi "VAZ 2107" markalı avtomaşınla toqquşub.
Nəticədə rayon sakini R.Paşayev elə hadisə yerindəcə dünyasını dəyişib.
Hadisəyə səbəb kimi "Kamaz" markalı yük maşınının "Vaz"ın yoluna çıxması göstərilir.
Faktla bağlı araşdırmalar davam etdirilir.


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/kurdemirde-kamaz-qeza-toredib-olen-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR