"Qarabağ"ın sabiq futbolçusunun Türkiyə klubuna transferi rəsmiləşib

"Qarabağ"ın sabiq futbolçusunun Türkiyə klubuna transferi rəsmiləşib
15:22 2 Yanvar 2020
70 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin "Boluspor" klubu "Qarabağ"ın sabiq futbolçusu Con Delarjı heyətinə qatıb.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı konqolu hücumçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb. 
Qeyd edək ki, Delarj daha öncə Türkiyədə “Osmanlıspor” və “Buraspor”un şərəfini qoruyub. Forvard “Qarabağ”a da məhz 2018-ci ilin yayında Bursa klubundan keçib. Afrikalı oyunçu Ağdam təmsilçisində heyətə düşə bilməyib və klub cari mövsümün əvvəlində onunla yollarını ayırıb. Con Delarj son olaraq Çexiyanın "Dinamo" (Budejovic) komandasının formasını geyinib. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/qarabag-in-sabiq-futbolcusunun-turkiye-klubuna-kecidi-resmilesib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR