Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report” xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb.
Belə ki, “99-NO-756” dövlət nömrə nişanlı “OPEL” markalı avtomobil yolu keçmək istəyən təxminən 30-35 yaşlarında olan kişini vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Faktla bağlı araşdırma aparılır.