Dünyanın ən böyük qida şirkətlərindən biri olan İsveçrənin“Nestle” şirkəti son 1,5 ildə təxminən 21 milyard dollarlıq (20 milyard İsveçrə frankı) səhmini geri aldığını və 2020-ci ildə də səhmlərini geri almağa davam edəcəyini açıqlayıb.
“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, bazar dəyəri 312 mlrd dollar olan şirkət, 21 mlrd dollar dəyərindəki səhmlərin yeni alım proqramına bu ilin yanvarın 3-dən başlayacaq və 2022-ci ildə yekunlaşdıracaq.
Qeyd edək ki, 2017-ci ildə başlanan geri alım proqramına görə hər səhmin orta dəyəri 88,82 İsveçrə frankı olub.