Bağdad hava limanına endirilən raket zərbələrinin görüntüləri (VİDEO)

Bağdad hava limanına endirilən raket zərbələrinin görüntüləri (VİDEO)
11:01 3 Yanvar 2020
113 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Ceyhun Ələkbərov - Trend:

ABŞ-ın Bağdadın hava limanına endirdiyi raket zərbələrinin vətəndaşlar tərəfindən çəkilən görüntüləri yayılıb.

Trend-in məlumatına görə, məlum hadisəyə görə İranın dini lideri ölkәdә üç günlük matәm elan edib.

Xatırladaq ki, yanvarın 3-də Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani öldürülüb. Pentaqon generalın öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb.

Qeyd edilir ki, əməliyyatın məqsədi gələcəkdə İran tərəfindən hücumların qarşısını almaq olub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3172566.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR