Bakı. Trend:
Oğurluq etdiyinə görə tutulmuş B.Abdullayevin ətrafında Suraxanı RPİ 31-ci PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Əmircan qəsəbə qəbristanlığında məzarların ətrafına quraşdırılmış metal barmaqlıqları, 1 qarajdan 40 metr elektrik naqili, 5 həyətyanı sahədən su mühərriki, su qızdırıcısı, su sayğacı və inşaat materialları, 3 avtomobildən isə akkumulyator oğurlaması da müəyyən edilib.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin