Azərbaycanda avtomobillər bu tarixdə kəskin ucuzlaşacaq

Adətən, hər ilin yaz və yay aylarında ölkənin avtomobil bazarında müxtəlif maşınların qiymətlərində ucuzlaşma müşahidə olunur. Bu ildən tətbiq edilən utilizasiya və taksi fəaliyyəti ilə bağlı qərarları nəzərə alsaq, bu tendensiyanın daha kəskin formada özünü göstərəcəyini deyə bilərik. Artıq bir zamanlar taksi fəaliyyətində istifadə olunan, lakin hazırda istifadə üçün yaramayan maşınların ucuzlaşması bir müddətdir ki, davam edir.

Bəs yaya doğru avtomobil bazarında bizi hansı yeniliklər gözləyir?

Metbuat.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru Eyyub Əliyev bildirib ki, yayda bir sıra avtomobillərin qiymətində kəskin ucuzlaşma gözlənilir:

“Biz onsuz da taksilərlə bağlı qərardan sonra "ikinci əl" maşınların qiymətinin ucuzlaşdığını gördük. Bundan başqa, nisbətən köhnə avtomobillərin yeniləri ilə əvəz olunması ilə bağlı utilizasiya işləri gedir. Ona görə də son vaxtlar ölkəyə gətirilən köhnə avtomobillərin sayında da ciddi azalma müşahidə edilir. 2024-cü ilin yanvar-mart aylarını, 2023-cü ilin müvafiq ayları ilə müqayisə etsək görərik ki, ölkəyə gətirilən maşınların sayında müəyyən azalma var. Lakin azalma olsa da, qiymət artımı müşahidə olunur. Bu o deməkdir ki, artıq insanlar daha yaxşı və keyfiyyətli avtomobillər gətirməyə üstünlük verir. Sayının azalması isə onunla bağlıdır ki, "ikinci əl" avtomobillər yeni qərarlardan sonra satılmır”.

Eyyub Əliyev il ərzində yerli istehsala aid avtomobillərin satışının artacağını diqqətə çatdırıb:

“Əsasən “Toyota” markasının “Prius”, “Corolla” kimi modelləri taksi fəaliyyəti üçün əlverişli idi. Taksilərlə bağlı yeni qərardan sonra bu növ maşınların həm qiyməti, həm də ölkəyə idxalı xeyli aşağı düşüb. Üzü yaya doğru biz əsasən, yeni maşınların bazarda daha çox satıldığını müşahidə edirik. Məncə, rəsmi idxalçılar tərəfindən gətirilən gətirilən yeni avtomobillər daha çox satılacaq. Bazarda hazırki tələbatı qarşılamaq üçün yerli istehsalın da daha çox satılacağını proqnozlaşdırma qolar. Çünki istər Naxçıvan Avtomobil Zaovudunun, istərsə də Hacıqabul və Neftçala sənayə parklarında olan zavodların istehsal etdiyi avtomobillər büdcə maşını olduğu və taksi fəaliyyətində də yararlı olduğu üçün onların satış həcminin daha çox artacağını müşahidə edəcəyik”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı