Bu qida xərçəng, diabet və ürək xəstəlikləri əleyhinə yeni vasitədir

Cənubi Çin Kənd Təsərrüfatı Universitetinin əməkdaşları xərçəng, ürək-damar xəstəlikləri və diabet riskini azaldan bənövşəyi düyü yaradıblar.

Metbuat.az xəbər verir ki, düyünü bənövşəyi rəngə antosianlar boyayır. Həmin bitki piqmentləri qaragilənin və qırmızı kələmin tərkibində də var.

Antosianlar hüceyrəni zədələyən oksidləşməyə müqavimət göstərir. Alimlər antosianların əmələ gəlməsi üçün zəruri olan 8 geni düyünün endospermində (ehtiyat toplayan toxuma) yerləşdirməyin və onları fəallaşdırmağın yolunu tapıblar. İndiyədək bu işin öhdəsindən heç kəs gələ bilməyib. Çin mütəxəssislərinin uğurunun sirri yeni “ TransGene Stacking II” texnologiyasındadır.

Daha əvvəl alimlər düyünün kaloriliyini azaltmağın üsulunu tapıblar. Bunun üçün düyünü kokos yağı ilə bişirib, 12 saat ərzində soyuducuda saxlamaq lazımdır. Bunun nəticəsində onun kaloriliyi 60 faizə qədər azalır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı