Fazil Mustafa ilə bağlı məhkəmə yarıda saxlanıldı - FOTO

Fazil Mustafa cinayəti ilə bağlı bu günə təyin edilmiş məhkəmə prosesi keçirilməyib.

Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb cinayət işini araşdıran hakimlərdən biri-Kamran Muxtarovun səhhətinin qəfil pisləşməsi olub. Belə ki, hakimin təzyiqi yüksəlib, məhkəməyə təcili yardım briqadası çağırılıb.

Həkim müayinəsindən sonra hakimin hələlik işini davam etdirməsi məqbul hesab edilməyib.

Məhkəməyə sədrlik edən hakim Elnur Nuriyev prosesin gələn həftəyə kimi təxirə salındığını elan edib.

Qeyd edək ki, millət vəkili Fazil Mustafa ötən ilin martında güllələnib. Dövlət Təhlükəsizliyi Xidməti (DTX) hadisəni terror aktı adlandırıb.

Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil verilib. Təqsirləndirilən 5 nəfərə - Azər Səricanov, Səbuhi Şirinov, Emin Əliyarov, Rəşad Əhmədov və Elşad Əsgərovə qarşı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı