Polis blogeri döyənləri saxladı

Yanvarın 1-də saat 21 radələrində Nərimanov rayonunun A.Nemətulla küçəsində 2 nəfərin Bakı şəhər sakini D.Babayevi döyməsi barədə 17-ci Polis Şöbəsinə müraciət daxil olub.

Daxili İşlər Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xuliqanlığı törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş R.Hüseynov və A.Cavadov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, Dəyanət Babayev blogerdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR