Almaniyanın Bavariya klubu “Şalke”nin qolkiperi Aleksandr Nyubeli transfer edib.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı futbolçu iyul ayının 1-də “Bavariya”ya qoşulacaq və 5 illik müqavilə imzalayacaq. Almaniyalı qolkiperin “Şalke” ilə müqaviləsi mövsümün sonunda başa çatacağı üçün bu keçib Munhen təmsilçisinə pulsuz başa gələcək.
Qeyd edək ki, A. Nyubel 2015-ci ildə yetirməsi olduğu “Padebon”dan “Şalke”yə 600 min avroya trransfer olub. Bu mövsüm almaniyalı qolkiper 15 matçda iştirak edib.