NATO İraqdakı təlim missiyasını dayandırıb

NATO İraqdakı təlim missiyasını dayandırıb
17:57 4 Yanvar 2020
59 Digər
Ölkə mətbuatı
A- A+

NATO İraqda yerli ordu üçün kadr hazırlığı üzrə missiyasının işini dayandırıb.
"Report" xəbər verir ki, NATO-nun mətbuat xidməti TASS-a açıqlamasında ABŞ-ın hava hücumlarından sonra artan qeyri-sabitliyi səbəb göstərib. 
"NATO-nun İraqdakı təlim missiyasının işi dayandırılıb", - deyə mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, NATO-nun İraqda yerli orduya təlim keçmək üçün qeyri-döyüş missiyası 2018-ci ilin oktyabrında Bağdadda başlayıb. Hazırda NATO-nun İraqdakı missiyasında alyans ölkələri və tərəfdaş ölkələrdən, o cümlədən İsveç və Finlandiyadan 500-dək təlimatçı və məsləhətçi var.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/nato-i-raqdaki-telim-missiyasini-dayandirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR