Trampa qarşı ŞOK PLAN - Əslində iranlı generalın vurulması...

Trampa qarşı ŞOK PLAN - Əslində iranlı generalın vurulması...
23:38 4 Yanvar 2020
99 Digər
Ölkə mətbuatı
A- A+

“Pentaqonun “iranlı generalı prezidentin əmri ilə vurduq” açıqlaması olduqca önəmlidir. Bu açıqlama Trampa tələ qurula biləcəyini göstərir”.

Publika.az xəbər verir ki, uzun illər İraqda fəaliyyət göstərən təhlükəsizlik mütəxəssisi türkiyəli Abdullah Ağar belə iddia səsləndirib. O bildirib:

“1979-cu ildə ABŞ-ın Tehranda yerləşən səfirliyinin işğal edilməsi Cimmi Karterin prezidentin postundan getməsi Ronald Reyqanın hakimiyyətə gəlməsi ilə nəticələndi.Ola bilər ki, Bağdadda ABŞ səfirliyinə hücumdan sonra Trampa 40 il əvvəlki hadisəni xatırladıblar. Yəqin Tramp da İrana cavab vermək üçün ən sərt addımı seçib. Lakin bu “Ağ ev” rəhbəri üçün tələ ola bilər.Çünki Vaşinqtonda yaxşı başa düşürlər ki, İran Trampın addımına cavab verəcək. Yaxın Şərqdən amerikalı hərbçilərin tabutda vətənlərinə dönməsi Trampın nüfuzuna böyük zərbə olacaq. Bu il prezident seçkilərinin keçiriləcəyini nəzərə alsaq, ola bilər ki, bəzi dairələr Trampı çətin vəziyyətə sürükləmək üçün plan qurub”.

Anar Türkeş


Xəbərin orijinal ünvanı: https://publika.az/news/abs/301012.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR