ABŞ Konqresi Trampın İrana qarşı hərbi əməliyyat keçirmək səlahiyyətinin məhdudlaşdırılması barədə qətnaməyə baxacaq

ABŞ Konqresi Trampın İrana qarşı hərbi əməliyyat keçirmək səlahiyyətinin məhdudlaşdırılması barədə qətnaməyə baxacaq
10:17 6 Yanvar 2020
72 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ Konqresinin Nümayəndələr Palatası bu həftə ölkə prezidenti Donald Trampın İrana qarşı hərbi əməliyyatlar məsələsindəki səlahiyyətlərinin məhdudlaşdırılmasını nəzərdə tutan qətnaməni müzakirə edəcək.
"Report" RİA “Novosti"yə istinadən xəbər verir ki, bunu Nümaytəndələr Palatasının sədri  Demokratlar Partiyasından olan konqresmenlərə göndərdiyi məktubda bildirilib.
“ABŞ prezidentinin İrana qarşı hərbi əməliyyatlarını məhdudlaşdırmaq üçün bu həftə Nümayəndələr Palatası hərbi səlahiyyətlər haqqında qətnamə təqdim edəcək və səsvermə keçirəcək. Bu qətnamə Senatda Tim Keyn tərəfindən təqdim edilənə bənzərdir. Qətnamə qanunvericilər tərəfindən növbəti addımların olmadığı təqdirdə administrasiyanın İrana qarşı atdığı hərbi əməliyyatların 30 gün ərzində dayandırılmasını tələb edərək, Konqresin çoxdan müəyyən edilmiş nəzarət öhdəliklərini təsdiq edir”, - N.Pelosi bildirib. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-konqresi-trampin-i-rana-qarsi-herbi-selahiyyetlerinin-mehdudlasdir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR