Daha iki deputat seçkiyə getmir

Daha iki deputat seçkiyə getmir
12:53 6 Yanvar 2020
59 Digər
Ölkə mətbuatı
A- A+

Fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində beşinci çağırış Milli Məclisin daha iki bitərəf deputatı - Elxan Süleymanov və Valeh Ələsgərov iştirak etməyəcək.

Publika.az xəbər verir ki, 85 saylı Şamaxı Dairə Seçki Komissiyasından Modern.az-a bildirilib ki, bu günə kimi 24 nəfər sənədlərini DSK-ya təqdim edib:

"Yalnız 3 nəfərin namizədliyi qeydə alınıb. Budəfəki seçkilərdə Elxan Süleymanov iştirak etmir.

102 saylı Samux-Şəmkir Dairə Seçki Komissiyasından isə bildirilib ki, bu günə kimi komissiyaya 14 nəfər sənəd təqdim edib:

"Onlardan 3 nəfərin namizədliyi qeydə alınıb. Valeh Ələsgərov sənədlərini təqdim etməyib. O, seçkilərdə iştirak etmir.

Qeyd edək ki, hər iki deputat bitərəfdir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/301114.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR