Voleybol üzrə Azərbaycan millisi olimpiadaya vəsiqə uğrunda mübarizəyə başlayır

Voleybol üzrə Azərbaycan millisi olimpiadaya vəsiqə uğrunda mübarizəyə başlayır
07:27 7 Yanvar 2020
62 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli qadın voleybolçular arasında Avropa Təsnifat Turnirinə start veriləcək.
"Report"un məlumatına görə, Niderlandın Apeldorn şəhərində təşkil olunacaq yarışda Azərbaycan millisi də mübarizə aparacaq. Vаsif Tаlıbovun baş məşqçi olduğu kollektiv A qrupunda Niderland, Bolqarıstan və Polşa ilə mübarizə aparacaq. B qrupunda isə Türkiyə, Almaniya, Belçika və Xorvatiya yığmaları çıxış edəcək.
Azərbaycan millisi ilk görüşünü meydan sahiblərinə qarşı keçirəcək. Bu gün Almaniya - Türkiyə və Polşa - Bolqarıstan qarşılaşmaları da olacaq.
Reqlamentə əsasən, qrupda ilk iki yeri tutacaq komandalar yarımfinala yüksələcəklər. Burada çarpaz olaraq üz-üzə gələcək yığmalar ardınca finalçını müəyyənləşdirəcəklər. Həlledici görüşdə isə Tokio-2020 Yay Olimpiya Oyunlarında Avropanı təmsil edəcək sonuncu komandanın adı dəqiqləşəcək.
Komanda üzvləri məsul yarışa hazırlıq məqsədilə Türkiyə və Polşada təlim-məşq toplanışları keçərək yoxlama oyunlarında qüvvələrini sınayıblar. Nəticədə millinin yekun heyəti müəyyənləşib:
Toppaylayıcılar: 14. Kristina Yaqubova, 18. Şəfaqət Alışanova,
Blokçular: 6. Ayşən Abduləzimova, 21. Kseniya Pavlenko, 22. Mariya Kirilyuk
Hücumçular: 3. Anastasiya Qurbanova, 4. Nelli Salbişvili, 8. Yelizaveta Səmədova, 10. Nikalina Başnakova, 17. Polina Rəhimova, 20. Marqarita Əzizova
Liberolar: 16. Yuliya Kərimova, 19. Bəyaz Alıyeva,
Baş məşqçi: Vasif Talıbov
Məşqçilər: Famil Ağayev, Eldar Yusubov
Avropa Təsnifat Turniri
7 yanvar
22:30. Azərbaycan - Niderland
Apeldorn (Niderland), "Omnisport" salonu

Xəbərin orijinal ünvanı: https://report.az/komanda/voleybol-uzre-azerbaycan-millisi-olimpiadaya-vesiqe-ugrunda-mubarizey

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR