[ 20 May 2015 12:59 ]


Bakı-APA. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Bakı şəhərinin Binəqədi rayonunda yaşayış binasındakı yanğında dünyasını dəyişənlərin yaxınlarına başsağlığı verib.

Bu barədə APA-ya QMİ-nin mətbuat xidmətindən bildirilib. QMİ ölən həmvətənlərimizə Allahdan rəhmət diləyir, mərhumların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir: “Bu günlərdə Azərbaycanın bütün məscidlərində yanğın qurbanlarının xatirəsinə dualar oxunur, ruhları yad edilir, yaralıların tezliklə sağalması dilənir”.