“Minsk qrupunun səylərini dəstəkləyəcəyik” -

Albaniyanın ATƏT-ə sədrliyi dövründə Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərini dəstəkləyəcəyik.

Metbuat.az-ın xəbərinə görə, bu barədə ATƏT-in fəaliyyətdə olan yeni sədri, Albaniyanın Baş Naziri və Xarici İşlər naziri Edi Rama ATƏT-in Daimi Şurasında çıxışı zamanı bildirib.

“Münaqişələrin həlli istiqamətində səylərin göstərilməsi ATƏT-ə sədrliyimiz müddətində gündəliyimizdə duran əsas məsələlərdən olacaq. Xüsusilə də, Minsk qrupu həmsədrlərinin səylərini və Dnestryanı münaqişənin həlli prosesini dəstəkləyəcəyik”, - deyə E. Rama qeyd edib.

O vurğulayıb ki, ATƏT-in fəaliyyətdə olan sədri kimi ilk səfərini növbəti həftələrdə Ukraynaya edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR