İran-İraq sərhədində zəlzələ olub

İranın qərbində yerləşən Kirmanşah vilayətinin Qəsre-Şirin şəhərinin 23 kilometrliyində və İraqın Xanaqin şəhərinin 43 kilometrliyində 4,3 bal gücündə zəlzələ olub.

Metbuat.az-ın məlumatına görə, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi bildirib.

Zəlzələ yerli vaxtla saat 14:22-də 10 kilometr dərinlikdə qeydə alınıb.

Dağıntı və tələfat barədə məlumat verilməyib.

Qeyd edək ki, ötən il 8 noyabrda İranın Şərqi Azərbaycan vilayətinin Miyana rayonunun Tərk şəhəri ətrafında 5,9 bal gücündə zəlzələ nəticəsində 5 nəfər həlak olub, 700-dən çox insan yaralanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR