[ 20 May 2015 15:33 ]



Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin ikinci rübündə neftin gözlənilmədən bahalaşması fonunda “Citibank” “qara qızıl”ın qiyməti ilə bağlı öz proqnozlarını açıqlayıb.

“APA-Economics”in “Bloomberg” agentliyinə istinadən verdiyi məlumata görə, bankın analitikləri hesab edir ki, bu ilin sonuna qədər Brent markalı neftin 1 bareli 63 dollar olacaq.

Bununla yanaşı, bankirlərin proqnozlarına görə, WTI markalı neftin 1 bareli isə 56 dollar təşkil edəcək.