Türkiyə voleybol millisi Tokio olimpiadasına vəsiqə qazanıb

Türkiyə voleybol millisi Tokio olimpiadasına vəsiqə qazanıb
23:17 12 Yanvar 2020
67 Digər
Ölkə mətbuatı
A- A+

2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli voleybolçu qadınlar arasında Avropa Təsnifat Turnirinin qalibi müəyyənləşib.
"Report"un məlumatına görə, Niderlandınn Apeldorn şəhərində keçirilmiş yarışın finalında Türkiyə və Almaniya milliləri üz-üzə gəlib. Görüş "ay-ulduzlular"ın qələbəsi ilə yekunlaşıb - 3:0 (25:17, 25:19, 25:22). Bununla da Türkiyə millisi olimpiadaya lisenziya qazanıb.
Qeyd edək ki, Avropa Təsnifat Turnirində Azərbaycan yığması da çıxış edib. Vаsif Tаlıbovun baş məşqçi olduğu kollektiv qrupdakı hər 3 oyunundan məğlub ayrılaraq, mübarizəni dayandırıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/komanda/turkiye-voleybol-millisi-tokio-olimpiadasina-vesiqe-qazanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR