İran polisi Britaniyaya səfirini saxlayıb

İran İslam Respublikası ölkənin daxili məsələlərinə müdaxilə etməməsi ilə bağlı Böyük Britaniyaya ciddi xəbərdarlıq edir.

Metbuat.az xəbər verir ki, İran hökumətinin sözçüsü Əli Rəbii bildirib ki, Britaniya səfiri Rob Macaire qanunsuz aksiyada iştirak etdiyi üçün qısa müddətə saxlanılıb:

"İran polisi onun kimliyini bildikdən sonra, 15 dəqiqə ərzində azad edilib. Bu, bir səfirin vəzifələrinə zidd, qəbuledilməz və qeyri-peşəkar hərəkətdir. Britaniya səfiri bu hərəkətinə görə İran Xarici İşlər Nazirliyinə çağırılıb və ona və Britaniya hökumətinə İranın etirazı bildirilib".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR