Futbolçu Yeltsinin yetkinlik yaşına çatmamış nəvəsinə evlilik təklif etdi - FOTO

Futbolçu Yeltsinin yetkinlik yaşına çatmamış nəvəsinə evlilik təklif etdi - FOTO
20:52 14 Yanvar 2020
95 İdman
Ölkə mətbuatı
A- A+

Moskva "Lokomotiv"inin 29 yaşlı forvardı Fyodor Smolov bu yaxınlarda yeni sevgilisini bəyan edib. 

Milli.Az Fanat.az-a istinadən xəbər verir ki, onun sevgilisinin mərhum prezident Boris Yeltsinin nəvəsi 17 yaşlı Mariya Yumaşeva olduğu ortaya çıxıb. 

Cütlük Karib dənizində dostları ilə birlikdə istirahət edərkən şəkil çəkdiriblər. Qeyri-rəsmi məlumatlara görə, sevənlər Mariya yetkinlik yaşına çatdıqdan sonra evlənmək niyyətindədirlər.

Xəbər artıq sosial şəbəkələrdə qəzəbli şərhlər dalğasına səbəb olub. İstifadəçilər futbolçunun öz yaşına uyğun bir qadın tapmağa çağraraq yazıblar: "Fedya, o, yetkin deyil və buna maddə düşür".

Mariya haqqında az şey məlumdur - o, xarici dilləri dərindən öyrənən elit məktəbi bitirib və bəzi məlumatlara görə, valideynləri kimi Avstriya vətəndaşıdır. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/817919.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR