Əjdər Həmidov Sənubər İsgəndərlini sevirmiş... -

Xalq artisti Əjdər Mehdiyev həmkarı Sənubər İsgəndərli ilə bağlı maraqlı etiraf edib.

Metbuat.az xəbər verir ki, aktyor "Hər şey daxil" verilişində aktrisa ilə bir vaxtlar sevgili olduqlarını açıqlayıb:

"Kişi sözü" filminə çəkilirdik. Orada Qasım Solmazı sevir. Qasımı mən, Solmazı Sənubər İsgəndərli oynayırdı. Rejissor Cahangir Mehtiyev dedi ki, Əjdər, Sənubəri sevməlisən, yoxsa alınmayacaq, təbii olmayacaq. Dedim, sevmək sifarişlədir? Durduğum yerdə necə sevim?

Amma etiraf edim ki, qısa müddətdə Sənubəri sevməyə başladım. Onu sevməmək olar? Bizim sevgimiz qısa çəkdi - 3 ay. Film bitən kimi Sənubər xanım öz, mən də öz yoluma getdim".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR