“Altın Kelebey”in keçirilmə tarixi açıqlandı

“Altın Kelebey”in keçirilmə tarixi açıqlandı
16:05 15 Yanvar 2020
113 Şou
Ölkə mətbuatı
A- A+

Türkiyənin nüfuzlu "Altın Kelebek" mükafat mərasiminin keçirilmə tarixi açıqlanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 2019-cu ildə mədəniyyət və televiziya sahəsində uğur qazananlar 28 fevral tarixində mükafatlandırılacaqlar.

Qısa fasilədən sonra ikinci tur səsverməsinə start verilib. Birinci mərhələdə ən çox səs toplayan şəxslər ikinci turda qalibiyyət uğrunda mübarizə aparacaqlar.

Xatırladaq ki, qalib 70 faiz xalq, 30 faiz isə münsif səsverməsi əsasında müəyyənləşəcək. Hər il olduğu kimi yenə jüridə film, musiqi və televiziya dünyasının parlaq simaları yer alacaq.

Qeyd edək ki, məşhurlarımız arasında Xalq artisti Röya Ayxan, müğənnilər Nura Suri, Sevda Yahyayeva, Gülay Zeynallı, Elçin Cəfərov, Murad Arif, Xəyyam Nisanov, Azad Şabanov, aktrisalar Oksana Rəsulova və Pərvin Abıyeva "ilin ən parlaq ulduzu" nominasiyası üzrə mübarizə aparırlar.

Milli.Az

 

Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/818043.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR