İndoneziyada iki adası dəniz səviyyəsinin qalxmasına görə tamamilə su altında qalıb

İndoneziyada iki adası dəniz səviyyəsinin qalxmasına görə tamamilə su altında qalıb
06:02 16 Yanvar 2020
81 Digər
Ölkə mətbuatı
A- A+

İndoneziyanın Cənubi Sumatra əyalətinin tərkibinə daxil olan iki ada qlobal istiləşməyə görə dəniz səviyyəsinin qalxması nəticəsində tamamilə su altında qalıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “The Straits Times” qəzeti yerli "Ətraf Mühit üzrə Forum"un təşkilatının məlumatlarına istinadən yazıb.
"Betet və Qundul adaları hazırda dəniz səviyyəsindən 1-3 m aşağıdadır", - qeyri-hökumət strukturunun rəhbəri Xayrul Sobri bildirib.
"Əgər təcili tədbirlər görülməsə, onda bu əyalətin tərkibinə daxil olan daha 4 ada yox olma təhlükəsi ilə üzləşəcək", - ekspert xəbərdarlıq edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/maraqli/i-ndoneziyada-iki-adasi-deniz-seviyyesinin-qalxmasina-gore-tamamile-su

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR