“Nargis” fond tərəfindən təşkil olunan “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası uğurla başa çatdı - FOTO

“Nargis” fond tərəfindən təşkil olunan “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası uğurla başa çatdı - FOTO
18:05 17 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

2019\2020 -ci il dekabrın 1-dən yanvarın 13-dək "Nargis" fond tərəfindən Fəvvarələr
meydanında təşkil olunan "Soyuq əllər,isti ürək" xeyriyyə yarmarkası uğurla başa çatdı! Artıq
yeddinci ildir keçirilən qış yarmarkasından əldə olunan gəlir 401.479 AZN təşkil edir. Ənənəyə
sadiq qalaraq, toplanan ümumi gəlir müxtəlif diaqnozlu körpələrin müalicə və əməliyyatları
üçün sərf olundu. Bundan əlavə, yarmarkanı dəyərli və fəxri qonaqlarımız - uşaq evlərin
sakinləri ziyarət ediblər.

Bu xeyirxah işin ərsəyə gətirilməsində bizə dəstək olan sponsorlarımıza, iştirakçılarımıza , eləcə
də qonaqlarımıza dərin minnətdarlığımızı bildiririk! Daha ətraflı məlumatı, xəstəxana
fakturalarını və fond tərəfindən edilən bank köçürmələrini nargisfund.com saytımızdan əldə edə
bilərsiniz.

Qeyd edək ki, xeyriyyə fondu 2012-ci ildə "Nargis" jurnalının baş redaktoru Ülviyyə Mahmudova
tərəfindən Azərbaycanda xeyriyyə ənənələrini yaşatmaq və davam etdirmək məqsədi ilə təsis
edilmiş, 2013-cü ildə isə aktiv fəaliyyətə başlamışdır. Məhz o zaman bu gözəl ənənənin - "Soyuq
əllər, isti ürək" xeyriyyə yarmarkasının təməli qoyulmuşdur. Təsis olunduğu gündən etibarən
fond tərəfindən bir sıra xeyriyyə layihəsi, uşaq evləri və qocalar evlərinə, aztəminatlı ailələrə
maddi dəstək, habelə müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyatları
həyata keçirilmişdir. 2019-cu ildən etibarən Novruz bayramına həsr olunan yaz yarmarkası
"Torpaq əlimdə, bahar ürəyimdə" Fondun tərəfindən təşkil edilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/818878.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR