Tanınmış dramaturq vəfat etdi

İlk sovet rok operası olan “Orfey və Eurydice” operasının müəllifi dramaturq və librettist Yuri Dimitrin vəfat edib.

Metbuat.az xəbər verir ki, 85 yaşlı dramaturq Sankt-Peterburqda dünyasını dəyişib.

Qeyd edək ki, Yuri Dimitrin səhnəyə qoyulmuş orijinal və tərcümə olunmuş librettaları ilə yanaşı musiqi səhnəsi üçün 70 pyes, 60-a yaxın opera, operettalar və musiqili əsərlərin müəllifidir.

O, həmçinin Şostakoviç haqqında xatirə, musiqi tamaşalarına yazdığı rəylərin, libretto və musiqi teatrı ilə bağlı məqalələrin müəllifidir. Yuri Dimitrin - "Şimali Palmyra" ədəbi mükafatı laureatıdır.(kulis.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR