Polislərin xidməti avtomobilində uşaq doğuldu

Polislərin xidməti avtomobilində uşaq doğuldu
17:57 18 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Rusiyanın Moskva şəhərində polis maşınında uşaq dünyaya gəlib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, doğuş prosesi yol polislərinin köməyilə gerçəkləşib.

Belə ki, taksi ilə arvadını xəstəxanaya çatdırmaq istəyən şəxs yoldakı tıxacla bağlı polislərə müraciət edərək kömək istəyib.

Polislər hamilə qadını xidməti avtomobilləri ilə doğum evinə aparmaq qərarına gəliblər. Lakin onlar xəstəxanaya çatmamış doğuş prosesi başlayıb.

Polis əməkdaşları təcili yardım çağıraraq doğuşu avtomobildə həyata keçirəsi olublar.

Nəticədə, polislərin və tibb işçilərinin köməyilə dünyaya bir oğlan uşağı gəlib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/818989.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR