Müsavat Partiyasının rayon təşkilatının sədrinin deputatlığa namizədliyi qeydə alınmayıb

Müsavat Partiyasının rayon təşkilatının sədrinin deputatlığa namizədliyi qeydə alınmayıb
18:05 19 Yanvar 2020
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 110 saylı Zaqatala seçki dairəsindən öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş Müsavat Partiyası Zaqatala rayon təşkilatının sədri Sultanov Saleh Zaur oğlunun müraciətinə baxılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə MSK-nın katibi Arifə Muxtarova məlumat verib.

Deputatlığa namizədliyi irəli sürülən S. Sultanovun sənədləri zamanında təqdim edilmədiyi üçün MSK DSK-nın qərarını qüvvədə saxlayıb.

Qeyd edək ki, 110 saylı Zaqatala seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş Saleh Soltanov Zaqatala dairə seçki komissiyasının müxtəlif bəhanələrlə onun sənədlərini qəbul etmədiyini bildirib. Sosial şəbəkələrdə də bu məsələ ilə bağlı videolar yayılıb.  Təşkilat sədri problemlə əlaqədar Mərkəzi Seçki Komissiyasına teleqram vurub, həmçinin qurumun "Qaynar xətti"nə müraciət edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/819245.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR