"Qarabağ" La Liqa klubunun hücumçusunu transfer edir

"Qarabağ" La Liqa klubunun hücumçusunu transfer edir
12:32 20 Yanvar 2020
97 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ" İspaniyadan futbolçu transfer edir.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi La Liqada çıxış edən "Leqanes"ə məxsus Ovusu Kvabenanı heyətinə qatmağa yaxındı. 

22 yaşlı forvard 2019/20 mövsümünün ilk yarısında icarə əsasında "Kordoba"da oynayıb (17 oyun, 6 qol). Artıq "Leqanes" Qana millisinin üzvünün "Qarabağ"a keçidinə razılıq verib.

Qeyd edək ki, Ovusu Kvabena ötən ildən dəvət aldığı Qana millisində 3 oyun keçirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/819353.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR