Tcarət siyasətinin səmərəliliyi üzrə beynəlxalq layihə başa çatıb

Tcarət siyasətinin səmərəliliyi üzrə beynəlxalq layihə başa çatıb
10:47 22 Yanvar 2020
47 Digər
Ölkə mətbuatı
A- A+

Yanvarın 21-də Avropa İttifaqı(Aİ) tərəfindən maliyyələşdirilən və benefisiarı İqtisadiyyat Nazirliyi olan “Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlük danışıqlarında İqtisadiyyat Nazirliyinin Ticarət siyasəti və ÜTT şöbəsinə dəstək və potensialın gücləndirilməsi” layihəsinin başa çatması ilə bağlı yekun konfrans keçirilib.
“Report” bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, aidiyyəti dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, yerli biznes dairələrinin və ali təhsil müəssisələrinin nümayəndələri iştirak ilə keçirilən konfransda Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas və İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq, həyata keçirilən tədbirlər və layihələr barədə məlumat veriblər.
Tədbirdə “Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlük danışıqlarında İqtisadiyyat Nazirliyinin Ticarət siyasəti və ÜTT şöbəsinə dəstək və potensialın gücləndirilməsi” layihəsi üzrə görülən işlər barədə yekun təqdimat keçirilib.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/tcaret-siyasetinin-semereliliyi-uzre-beynelxalq-layihe-basa-catib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR