Azərbaycan fiqurlu konkisürmə üzrə növbəti Avropa çempionatında əlavə yerə sahib olub

Azərbaycan fiqurlu konkisürmə üzrə növbəti Avropa çempionatında əlavə yerə sahib olub
11:27 24 Yanvar 2020
53 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan 2021-ci ildə Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək Avropa çempionatında kişilərin fərdi yarışında 2 fiqurlu konkisürənlə təmsil olunacaq.
"Report"un məlumatına görə, bu, hazırda Avstriyanın Qrats şəhərində davam edən analoji yarışda ölkə idmançısı Vladimir Litvintsevin çıxışı sayəsində mümkün olub.
Litvintsev kişilərin sərbəst proqramında 8-ci, qısa proqramda da 17-ci olub. İki çıxışın cəmində 221,09 xal toplayan 19 yaşlı idmançı çempionatı 9-cu yerdə başa vurub. Azərbaycana əlavə yer onun ilk "10-luğ"a düşməsi sayəsində verilib.
Qeyd edək ki, Avropa çempionu adına rusiyalı Dmitri Əliyev layiq görülüb. O, 272,89 xal toplayaraq, bütün rəqiblərini qabaqlayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/azerbaycan-2021-ci-ilde-xorvatiyanin-paytaxti-zaqrebde-fiqurlu-konkis

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR