Ötən il 40 mindən çox şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyin edilib

Ötən il 40 mindən çox şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyin edilib
09:57 25 Yanvar 2020
20 Digər
Ölkə mətbuatı
A- A+

Ötən ilin əvvəlindən ölkədə pensiyaların, ötən ilin son aylarında isə müavinət və təqaüdlərin, ümumilikdə 21 sosial təminat növünün (2 pensiya və 19 müavinət-təqaüd növünün) avtomatlaşdırılmış qaydada təyinatı mexanizminə keçilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Report"a verilən məlumata görə, ötən dövrdə bu e-sistemlər vasitəsilə 40 mindən çox şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyin edilib. 
Onlardan 16 min 100-nə e-qaydada pensiya, 24 mininə isə müavinət və təqaüd təyin edilib.
Beləliklə, həmin şəxslərin hansısa quruma müraciətinə və sənəd təqdim olunmasına ehtiyac olmadan onlara proaktiv şəkildə, e-qaydada pensiya, müavinət və təqaüd təyinatı həyata keçirilib.
Bu il ərzində sosial təminat növləri üzrə 200 minədək təyinatın elektron şəkildə həyata keçirilməsi gözlənilir.

Xəbərin orijinal ünvanı: https://report.az/sosial-mudafie/oten-il-40-minden-cox-sexse-elektron-qaydada-pensiya-muavinet-ve-teqa

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR