İlk türk qadın hökmdar Tomris haqqında

İlk Türk qadın hökmdarı "Tomris Xatun"un həyatından bəhsedən "Tomris" filmi aprel ayında yayımlanacaq. Film Qazaxıstanda hazırlanıb

Metbuat.az türk mediasına əsasən xəbər verir ki ,Qazaxıstan rejissoru Akan Satayevin rejissorluğu ilə çəkilən filmin çəkilişləri 3 ildə başa çatıb. Baş rolda Almira Tursin rol aldı. Bu onun ilk filmidir. 15 min nəfər arasında psixoloq Almira Tursin baş rol üçün seçildi.

Məlumat üçün bildirək ki, Azərbaycanın ilk qadın hökmdarı olan Tomris Xatunun başçılıq etdiyi Massaget çarlığı Dərbənddən Şirvana qədər olan Azərbaycan torpaqlarında yerləşib. Tomris E.ə. VI əsrdə Fars İmperatoru II Kiri məğlub edərək Orta Asiyanın hökmdarı olub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR