Bu müddətdə qeyri-bank təşkilatlarının nizamnamə kapitalı ümumilikdə 8,5% artaraq 91,6 mln. manata çatıb. O cümlədən, kredit ittifaqlarının nizamnamə kapitalı 25,2% artaraq 27,9 mln. manat, beynəlxalq humanitar təşkilatlar tərəfindən maliyyələşdirilmiş kredit təşkiları üzrə 17,4% artaraq 51,0 mln. manat, digər bank olmayan kredit təşkilatları üzrə isə 32,0% azalaraq 12,7 mln. manat təşkil edib.
Hesabata əsasən, bank olmayan kredit təşkilatlarının filiallarının ümumi sayı 224-ə çatıb ki, bunun da 212-si beynəlxalq humanitar təşkilatlar tərəfindən maliyyələşdirilmiş kredit təşkilatları,12-si digər qeyri-bank təşkilatlarının payına düşüb.