Azərbaycanda dəhşətli hadisə - 4 polis Bakıda hospitala yerləşdirildi

Azərbaycanda dəhşətli hadisə - 4 polis Bakıda hospitala yerləşdirildi
12:43 30 Yanvar 2020
89 Digər
Ölkə mətbuatı
A- A+

Yanvarın 29-da saat 23 radələrində Saatlı şəhərində ağır yol qəzası baş verib.

Publika.az xəbər verir ki, M.F.Axundov küçəsində Bakı şəhər sakini Cavid Bağırov idarə etdiyi “Jeep-Wrangler” markalı avtomobili qarşıda gedən Saatlı RPŞ-yə məxsus xidməti “Fiat-Doblo” markalı avtomobilə arxadan vurub.

Nəticədə xidməti avtomobildə olan 4 nəfər polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri ilə DİN-in A.Heydərov adına hospitalına yerləşdiriliblər.

Araşdırmalar zamanı “Jeep-Wrangler”in sürücüsünün sərxoş halda olması müəyyən edilib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/crime/303386.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR