Ebola virusuna görə Syerra-Leonenin şimalında karantin elan edilib

Ebola virusuna görə  Syerra-Leonenin şimalında karantin elan edilib
09:23 25 Dekabr 2014
70 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 25 dekabr /Trend/

Syerra-Leone hökuməti Ebola virusuna görə ölkənin şimalında beşgünlük karantin elan edib. Trend RİA Novosti agentliyinə istinadən bu barədə xəbər verir.

Bundan öncə məlum olub ki, Ümumdünya səhiyyə təşkilatı (ÜST) ümid edir ki, 2015-ci il yanvarın 1-nə üç ən çox yoluxan ölkələrdə - Qvineya, Liberiya və Syerra-Leonedə qanında ölümcül Ebola virusu olan bütün xəstələri müalicə etmək üçün onları təcrid edəcək.

Karantin virusun yayılmasının qarşısının alınması məqsədilə Syerra-Leonenin Şimal əyalətində elan edilib.

"Bu müddət ərzində bütün mağazalar bağlanacaq. Heç bir bazar işləməyəcək. Heç bir avtomobil və ya mototaksi şəhər və kəndlərə daxil ola və ya çıxa bilməyəcək ", - Şimal regionun nazir-rezidenti Əli Kamaru bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR