Toy və yas mərasimləri qadağan olundu - ŞOK SƏBƏB

Toy və yas mərasimləri qadağan olundu - ŞOK SƏBƏB
17:48 30 Yanvar 2020
145 Dünya
Ölkə mətbuatı
A- A+

Çinin paytaxtı Pekində evlənmək və dəfn mərasimlərinin keçirilməsi qadağan edilib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, qərar koronavirusla mübarizə çərçivəsində verilib.

Dəfn qadağası vida mərasimlərinə çox sayda insanın toplaşmasına görə tətbiq olunur.

Digər məsələ isə 2 fevral tarixi ilə əlaqədardır. Belə ki, həmin tarix Çin dilində “mən səni sevirəm, səni sevirəm” ifadəsi ilə eyni şəkildə tələffüz olunur. Buna görə də sevgililər 2 fevralda evlənməyi üstün tutur. Bu, ölkədə kütləvi hal aldığı üçün koronavirusa görə qadağan edilib.

Qərar müvəqqətidir.

Qeyd edək ki, Çinin Hubey vilayətinin Vuhan şəhərində yayılmağa başlayan yeni koronavirus nəticəsində 170 nəfər ölüb, yoluxanların sayı isə 7710-u ötüb. Yoluxucu virus indiyə qədər ən az 21 ölkədə aşkarlanıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/dunya/303424.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR