x
Loading...

Çindən gələn vətəndaşlar ölkəyə buraxılmayacaq - 1370 nəfərdən ümid kəsildi...

Çindən gələn vətəndaşlar ölkəyə buraxılmayacaq - 1370 nəfərdən ümid kəsildi...
18:03 30 Yanvar 2020
166 Dünya
Ölkə mətbuatı
A- A+

Çində yüzlərlə insanı reanimasiyalıq edən yeni tip koronavirus haqqında dəhşətli iddia var.

Publika.az xəbər verir ki, epidemiyanın episentri adlandırılan Vuhan şəhərində 1370 nəfərdən ümid kəsildiyi deyilir.

Vəziyyəti kritik olan həmin insanlar Pekin, Şanxay və Quanzo şəhərlərində müalicə alır.

Çinin rəsmi qurumları virusdan sağalan 124 nəfərin təbliğatını apararaq xalqı motivasiya etməyə çalışır.

Karantinə alınan şəhərlərdə qida çatışmazlığı özünü göstərməyə başlayıb.

Qeyd edək ki, bir çox ölkə Çində yaşayan vətəndaşlarını təxliyə etməyə başlayıb. ABŞ və Kanadadan sonra Türkiyə, Fransa, Böyük Britaniya, Almaniya vətəndaşlarını ölkədən çıxarmaq üçün hərəkətə keçib.

Avstraliya Çində yaşayan 600 vətəndaşını əvvəlcə "Milad" adasına təxliyə edəcək. Daha sonra ölkəyə buraxacaq.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/dunya/303428.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR