Bill Qeytsin qızı nişanlandı - FOTO

Bill Qeytsin qızı nişanlandı - FOTO
19:52 30 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

"Microsoft"un qurucusu, milyarder Bill Qeytsin 23 yaşlı qızı Cennifer sevgilisi Nael Nassar ilə nişanlanıb.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, Nael bu təklifi sevgilisinə xizək sürməyə gedərkən edib.

Münasibətlərinin bu yerə gələcəyini gözləməyən Cennifer, barmağında nişan üzüyünün olduğu şəkilləri İnstaqramda paylaşaraq duyğularını bölüşüb:

"Nael sən həqiqətən də başqa birisən. Ötən bazar günü bizim üçün ən xoş olan məkanda məni təəccübləndirməyi bacardın. Mən ömrümün qalan hissəsini səninlə keçirmək üçün səbirsizlənirəm".

Qeyd edək ki, cütlük bir neçə il əvvəl xizək sürərkən tanış olmuşdu.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/822066.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR